Sabirabad rayonunda məktəb binasında yanğın baş verib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, hadisə Məmməd Tağıyev adına Kovlar kənd tam orta məktəbində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Məsələ ilə Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib.
"Təhsil müəssisəsinin işçi heyəti və şagirdlər təhlükəsiz yerə təxliyyə ediliblər, FHN-in yerli bölməsinə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb", - açıqlamada qeyd olunur.
"Cebheinfo.az"