RU

"Esila Trading" MMC inzibati xəta törədib

"Esila Trading" Məhdud Məsuliyyətli Cəmiyyəti  barəsində Ətraf Mühitin Mühafizəsi, Təbiətdən İstifadə və Ekoloji Təhlükəsizlik  qaydaları əleyhinə olan (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 233.1-ci  maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

İşə 13 fevral tarixində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılacaq.

Sabiq İsbəndərli

Избранный
34
1
valyuta.az

10Источники