Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəra fransalı həmkarı Emmanuel Makrondan gələn həftələrdə Parisə rəsmi səfərə dəvət alıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Suriya liderinin ofisi onun Makronla telefon danışığından sonra məlumat yayıb. “Əhməd Əl-Şəra Fransa prezidentindən yaxın həftələrdə Fransaya səfər etmək üçün dəvət alıb”, - məlumatda bildirilib. Ofisin məlumatına görə, Makron Əl-Şəranı prezidentliyə başlaması münasibətilə təbrik edib və Suriyanın keçid mərhələsinə tam dəstəyini ifadə edib.