\"Neftçi” yeni transferinin adını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, \"ağ-qaralar” 22 yaşlı braziliyalı Aleks Fernandeslə anlaşıb.
O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Oyunçu Rusiyanın \"Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.
Aleks Braziliyanın \"Atletiko Mineyro” və \"Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan \"Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu \"Baltika”nın heyətində Rusiya I Liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.