RU

AQTA müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sahibkarlara çağırış edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Respublikası Prezidentinin "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" müvafiq Sərəncamının icrası məqsədilə müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, agentlik fəaliyyətə başladığı dövrdə ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 15 olsa da, müvafiq qurumlarla birgə görülmüş işlər nəticəsində bu rəqəm hazırda 102-yə çatdırılıb.
"Təəssüflə qeyd etməliyik ki, hələ də ölkənin bəzi rayonlarında, o cümlədən İmişli, Beyləqan, Saatlı, Sabirabad və bir sıra digər rayonlarda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində gecikmələr mövcuddur. Bu rayonlarda heyvandarlıq sahəsinin inkişaf etməsinə baxmayaraq, qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvan sağlamlığının izlənilməsi və biotəhlükəsizliyin təmin olunması istiqamətində maneələr yaradır. 
Bununla bağlı agentlik bu sahədə fəaliyyət göstərən sahibkarları həmin ərazilərdə qanunvericiliyə uyğun yerli heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir", - deyə məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, sahibkarlar heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən metodiki köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatlar əldə etmək üçün AQTA-nın regional bölmələrinə müraciət edə bilərlər.
Избранный
26
13
oxu.az

10Источники