“Heç kim Ukraynaya sülh sazişinin bir hissəsi kimi alyansa üzv olacağına söz verməyib”.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte jurnalistlərə açıqlamasında deyib.
“Vaşinqton sammitində NATO Ukraynaya üzvlük vəd etdi. Lakin danışıqlar başlayanda Ukraynanın NATO-ya qoşulması ilə münaqişənin yekunlaşacağı heç vaxt razılaşdırılmayıb.
Sülh sazişinin bir hissəsi kimi üzvlük vədləri yox idi”, - deyə Mark Rütte alyansın müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта