Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüş Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Məlumata görə dövlət rəsiləri Yaxın şərqdəki vəziyyəti, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.
Tərəflər müharibənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu, M.Rubionun ABŞ dövlət katibi kimi H.Fidanla ilk görüşüdür.//Qafqazinfo