RU

Tramp Putinin üzünü güldürdü

ABŞ və Rusiya arasında Ukrayna müharibəsini bitirmək üçün liderlik diplomatiyası vasitəsilə danışıqlar sürət qazansa da, ABŞ-ın Kiyevin NATO-ya üzvlüyünə veto qoyması və “2014-cü il sərhədləri xəyaldır” bəyanatları mümkün sülh planının Rusiya lideri Putini sevindirəcəyinə işarə edir.

Ukraynadakı qanlı müharibənin üçüncü ilinə girməsinə 10 gün qalmış ABŞ və Rusiya liderləri arasında “sülh naminə” elan edilən ilk rəsmi təmas Rusiya lideri Vladimir Putin üçün ən xoşbəxt gün olub. Danışıqlar masası qurulmazdan əvvəl Rusiyanın bir çox tələblərinə göz qırpmaqla ABŞ tərəfi etiraf etdi ki, Ukraynanın NATO-ya üzvlüyü boş xəyaldır və Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması mümkün deyil. Beləliklə, Putinin 2022-ci il fevralın 24-də Ukraynaya başlatdığı hərbi müdaxilə ilə qonşu ölkə ərazisinin 20 faizini ilhaqına yol açıldı.

Putinlə saat yarım davam edən görüşün xülasəsini paylaşan Tramp Putinin iltifatlarına komplimentlərlə cavab verdiyini açıq şəkildə ifadə edərək, “Rusiya prezidenti Vladimir Putinlə uzun və çox məhsuldar telefon danışığım oldu. Biz Ukrayna, Yaxın Şərq, enerji və dolların gücü kimi mövzuları müzakirə etdik. Xatırladıq ki, Amerika və Rusiyanın böyük dövlətləri İkinci Dünya Müharibəsində birlikdə vuruşublar. Hər ikimiz birlikdə işləməkdən əldə edəcəyimiz böyük faydalardan danışdıq. Təbii ki, biz ilk növbədə milyonlarla insanın həyatını itirdiyi Rusiya-Ukrayna müharibəsini dayandırmaq arzusundayıq. İkimiz də bu müharibənin bitməsini çox istəyirik. Biz bir-birimizə səfərlər təşkil etmək də daxil olmaqla, sıx təmasda işləmək barədə razılığa gəldik”, – deyib.

“Hər iki tərəf dərhal danışıqlar qrupları yaradacaq və Ukraynada müharibənin dayandırılmasını müzakirə etməyə başlayacaq. Mən Ukrayna prezidenti Zelenskiyə zəng edib Putinlə söhbətimin məzmununu ona çatdırdım. Daha sonra dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals və xüsusi nümayəndə Stiv Vitkoff danışıqlara başlayacaq. Rusiya ilə danışıqların uğurlu olacağına inanıram. Putinlə ilk üz-üzə təmasımız tezliklə Səudiyyə Ərəbistanında baş tuta bilər. 2022-ci ildə prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı”, – deyə ABŞ prezidenti bildirib.

***

ABŞ prezidenti Trampın “müharibə bitməlidir” yanaşmasına Rusiya da müsbət cavab verib. Kremlin sözçüsü Dmitri Peskov müsbət hadisələrin ildırım sürəti ilə inkişaf etdiyinə diqqət çəkərək, “Rusiya olaraq biz də təcili olaraq müharibəni bitirmək üçün ABŞ nümayəndə heyəti ilə danışıqlar masası arxasına oturacaq komandamızı hazırlayırıq. İlk sammitin nə vaxt və harada keçiriləcəyini dəqiq söyləmək mümkün deyil, lakin görüşün mümkün qədər tez keçirilməsinə ehtiyac var. İki liderin müzakirə edəcəyi çoxlu məsələlər var. Gündəm çox məşğuldur. O, həmçinin bildirib ki, Putinin ABŞ prezidentinə Moskvaya səfər dəvəti qəbul olunub.

***

Trampla Putinin təması da Rusiya mediasının gündəm mövzusu olub. Vurğulanıb ki, ABŞ liderinin bu qədər ildən sonra Putinlə birbaşa təması Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi təcrid dairəsinin qırılması deməkdir. Putinin ilk qələbəsi ABŞ müdafiə nazirinin “Ukraynanın NATO-ya üzv olması və 2014-cü ilin xəritəsinə qayıtması da çox çətindir”, – sözləri kimi göstərilib.

***

ABŞ prezidenti Donald Tramp dünən verdiyi açıqlamada, “Rusiyanı G7-dən çıxarmağın səhv olduğunu düşünürəm, onun geri qayıtmasını istərdim. Ukrayna müharibəsi ilə bağlı Putinə güvənirəm. Ukrayna da masa arxasında olacaq”, – deyib.

 

Avropadan reaksiya: “Biz də masada olmalıyıq”

 

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Ukrayna müharibəsi ilə bağlı danışıqlara başlamağa razılıq verməsindən sonra Avropadan reaksiyalar ehtiyatlı olub.

Fransanın paytaxtı Parisdə bir araya gələn Fransa, Ukrayna, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri yazılı birgə bəyanat yayıb. Bəyanatda Ukraynada uzunmüddətli sülhün “Kiyev administrasiyası və Avropa olmadan” əldə edilə bilməyəcəyi ifadə edilib və əlavə edilib ki, “Biz ABŞ müttəfiqlərimizlə Ukraynada irəliləyişə dair danışıqlar aparmaq istəyirik”.

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas dünən Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşüb və AB-nin Kiyevə davamlı dəstəyini təsdiqləyib. “Avropa möhkəm dayanacaq və Ukraynanın mübarizəsini dəstəkləməyə davam edəcək”, – deyə Kallas bildirib.

Almaniya kansleri Olaf Şolz deyib ki, Ukraynada heç bir məcburi sülh olmamalıdır və münaqişənin istənilən həlli ABŞ-ı əlaqədar etməlidir.

Hollandiyanın müdafiə naziri Ruben Brekelmans Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlamasında, “Ukraynasız Ukrayna ilə bağlı heç bir danışıqlar ola bilməz hamımızın yekdil fikridir”, – deyib.

Избранный
52
50
vaxt.az

10Источники