Azərbaycan İdman Akademiyasında “İdman tibbində diz zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim başlayıb.
İdman.biz xəbər verir ki, seminar UCL Universitetinin professoru, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Luzmor tərəfindən aparılır.
Təlimin ilk günündə Azərbaycan İdman Akademiyasının rəhbər heyəti və həkimlər iştirak edib. Böyük Britaniyanın UCL Universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti, professor Maykl Luzmor dizin təkamülü, onun anatomiyası və diz biotexnikası barədə ətraflı danışıb. Həmçinin britaniyalı mütəxəssis təlim iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, bu gün start götürən təlim fevral 16-da başa çatacaq.
İdman.biz