ABŞ və Rusiya rəsmilərinin Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün görüşü sabah- şərşənbə axşamı, fevralın 18-də Səudiyyə Ərəbistanında keçiriləcək.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Amerikanın "Axios" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Jurnalistlər ABŞ prezidenti Donald Trampla Kreml diktatoru Putinin telefon danışığından sonra bu “görüşün ABŞ və Rusiya arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində daha bir mühüm addım olacağını” yazır.
Nəşr qeyd edir ki, elan edilən görüş "Kiyevin arxasında" danışıqlardan narahat olan "Ukrayna hakimiyyəti arasında narahatlıq və məyusluq" yaradır.
Jurnalistlərin mənbələri bildiriblər ki, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərqdəki səfir Stiv Vitkoff daxildir.
"Axios" mənbəsinin məlumatına görə, Rusiya tərəfini çox güman ki, Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Bundan əvvəl ABŞ-nin yüksək səviyyəli rəsmilərinin Rusiya Federasiyasının nümayəndə heyəti ilə danışıqların planlaşdırıldığı Səudiyyə Ərəbistanına getdiyi bildirilirdi.
Bu arada Ukrayna Prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə artıq dünən axşam saatlarında Birləşmiş Ərəb Əmirliklərinə gəldiyi bildirilib. Bu barədə dövlət başçısı özünün “Telegram” kanalında məlumat verib. Prezidentin sözlərinə görə, BƏƏ-yə səfərin məqsədi "daha çox Ukrayna vətəndaşının əsirlikdən vətənə qayıtması, həm də investisiyalar, iqtisadi tərəfdaşlıq və “böyük humanitar proqram”ı müzakirə etməkdir.
O, hələlik başqa təfərrüatları açıqlamayıb. Zelenski bu səfərin yaxın vaxtlarda qonşu Səudiyyə Ərəbistanında başlayacaq danışıqlar prosesi ilə bağlı olub-olmadığını açıqlamayıb...
S.Laçın