RU

Zelenskini Ərdoğanın ayağına aparan SƏBƏBLƏR



Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları fonunda Volodimir Zelenskinin Türkiyəyə R.T.Ərdoğanla görüşə getməsi ABŞ-Rusiya danışıqlarının nəticəsinin nə olmasından asılı olmayaraq nəticənin Ukrayna üçün məqbul olmayacağı mesajını verir. Daha doğrusu Ukraynanın bu görüşdən gözləntilərinin olmadığı anlamına gəlir. Türkiyəyə səfərin mahiyyəti isə danışıqlar masasından kənarda qalan Avropanın yerinə Türkiyənin danışıqlara qatılmasının Ukrayna üçün daha səmərəli olacağını hesab edilməsidir.
Məsələ ondadır ki, Tramp və Putin Avropa liderlərini zəif fiqur kimi hesaba almırlar. Zelenski də bunu başa düşür. Odur ki,
R.T. Ərdoğanın danışıqlarda Ukraynanın maraqlarını qorumaq üçün təsir edə biləcəyini yaxşı başa düşür. Bu səfər də bunun üçündür.
Avropanın aparıcı ölkələrinin liderləri Trampın Avropanı kiçik düşürməsindən sonra bir araya gələrək vəziyyətdən çıxış yolu axtaracaqlar. Amma Zelenski həlledici görüş öncəsi Avropa liderlərinin yox, Türkiyə Prezidenti R.T.Ərdoğanın yanına getməklə Avropa liderlərinə də mesaj vermiş oldu ki, düşdükləri vəziyyəti kim düzəldə bilər. Tramp və Putinin qarşısına Avropanın Ərdoğanın liderliyində çıxması daha məsləhətlidir. Vaxtilə Türkiyənin Avropa İttifaqına qəbuluna razı olmayanlar, indi özləri Türkiyəyə birləşmə planları quracaq.
Çünki Türkiyə Rusiyanı dəfələrlə məğlub etmiş ölkədir. Liviyada, Suriyada, Qarabağda.

Azər Qasımov
Избранный
31
19
newscenter.az

10Источники