ABŞ-ın ticarət tariflərini mümkün artırması səbəbindən Hindistan hər il 7 milyard dollara qədər itirə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “The Times of India” Amerikanın “City Research” analitik şirkətinin ekspertinin hesablamalarına istinadən yazıb.
Mütəxəssislərin fikrincə, tariflərdən ən çox zərər Hindistanın dərman, kimyəvi maddələr, zərgərlik, ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının ixracı olacaq.
2024-cü ildə Hindistan Amerika şirkətlərinə 8,5 milyard dollarlıq qiymətli daşlar, 8 milyard dollarlıq əczaçılıq məhsulları və 4 milyard dollarlıq neft-kimya məhsulları ixrac edib.
Keçən həftə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun qarşılıqlılıq prinsipinə sadiq olduğunu, buna görə də ABŞ-ın Hindistandan gələn mallara Amerika mallarına tətbiq etdiyi kimi eyni rüsumları tətbiq edəcəyini bildirib.
Vaşinqtonda keçirilən eyni görüşdə prezident Tramp və Hindistanın baş naziri Narendra Modi ABŞ və Hindistan arasında ticarət dövriyyəsinin 2030-cu ilə qədər iki dəfə artaraq 500 milyard dollara çatması barədə razılığa gəliblər.
Paşa Məmmədli