RU

Haaland "Siti"ni tərk edəcək?

"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haaland gələn yay klubu tərk edə bilər.

Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real" hücumçuya böyük maraq göstərir. Madrid təmsilçisinin ulduz futbolçusu Vinisius Junior satılacağı təqdirdə, klub prezidenti Florentino Peres norveçli forvardı almağa hazırdır. "Real" Vinisiusun satışından qazanmağı planlaşdırıdğı 250 milyon avronu "Siti"yə ödəməyə hazırdır.

Erlinq Haaland bu mövsüm klub səviyyəsində 35 oyun keçirib, 27 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 200 milyon avro qiymətləndirir.

Избранный
35
9
publika.az

10Источники