AZ

Vinisius: “Real”la yeni müqavilə haqda danışıqlar tezliklə bitəcək”

“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Juinior yayda “Real”ı tərk edə biləcəyi haqda dolaşan müxtəlif şayiələri cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən, braziliyalı ulduzun bu barədə fikrini təqdim edir:

“Mən hələ heç nə bilmirəm (Səudiyyə Ərəbistanından gəlmiş təkliflər haqqında – redaktorun qeydi), mənimlə kimsə danışmayıb, mən prezidentlə danışmalıyam. Həmişə demişəm ki, arzum, karyeramı “Real”da davam etdirmək və burada tarixə düşməkdir. Önümüzdəki günlərdə Madrid klubu ilə yeni müqaviləm haqqında danışıqları başa çatdıracağam. Ümidvaram ki, burada uzun müddət qalacağam”, deyə “Vini” vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, Vinisius Juniorun “Real”la əmək müqaviləsini illik 15 milyon avro məbləğində maaş müqabilndə yeniməkdən imtina etməsi haqda məlumat yayılıb. Braziliyalı ulduz Səudiyyə Ərəbistanı Peşəkar Liqasının klublarının maraq dairəsindədir. Ərəb klubları Vinisius Junioru dünya futbol tarixinin ən ödənişli futbolçusu etməyə hazırdırlar.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 30 oyuna çıxıb, 16 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 295 oyun, 101 qol, 84 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
1
arena.az

10Mənbələr