AZ

Vinisius Junior “Mançester Siti” ilə oyunun qəhrəmanı seçildi

Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” oyun “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda “Vini” “qaymaqlılar”ın 3:2 hesablı əzmkar səfər qələbəsinə iki məhsuldar ötürməsi ilə töhfəsini verib.

Bunun müqabilində Vinisius “Mançester Siti” ilə oyunun ən yaxşı oyunçusu seçilib.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “Real” “Mançester Siti”ini fevralın 19-da Madriddə qəbul edəcək.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 30 oyuna çıxıb, 16 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 295 oyun, 101 qol, 84 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
13
1
arena.az

10Mənbələr