1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Tehran İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmalıdır".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu fevralın 19-da Bakıda keçirilən Asiya Parlamentləri Assambleyasının 15-ci plenar iclasında iştirakından sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
Qalibaf bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Qafqazda sülh mövzusunda danışıqlar aparıb və regiondankənar ölkələrin bölgənin işlərinə qarışmaq hüququ olmadığını vurğulayıb.
Onun sözlərinə görə, sərhədyanı bazarlar, əmtəə tarifləri, sahibkarların gediş-gəlişi və nəqliyyat sektoru ilə bağlı uğurlu danışıqlar aparılıb və müvafiq anlaşmalar əldə edilib.