Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Millətlər Liqasında yeni mövsümə start verib.
Siyasət Əsgərovun yetirmələri C Liqasının 4-cü qrupunda ilk oyununa çıxıb. Millimiz Monteneqro yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da təşkil olunan görüşdə hesab açılmayıb.
Qeyd edək ki, yığmamız və Monteneqro ilə eyni qrupda Litva millisi də yer alıb.
Millətlər Liqası
C liqası, IV qrup
21 fevral
17:00. Azərbaycan – Monteneqro - 0:0
Baş hakim: Tatyana Sorokopudova (Qazaxıstan)
Hakimlərimizə beynəlxalq təyinat
Yığmamızın matçı ilə bağlı yeni qərar
Millimiz Belarusda məğlub oldu
Millimizin oyununun vaxtı dəyişdi
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi