RU

Ər-Riyadda bu gün Rusiya-ABŞ görüşü olacaq?


“Rusiya və Amerika nümayəndə heyətləri bu gün Ər-Riyadda ikinci görüş keçirəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Die Zeit” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşr görüşdə kimin iştirak edəcəyini dəqiqləşdirməyib, sadəcə qeyd edib ki, bu, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan danışıqların davamı olacaq.
Həmin vaxt Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Amerika nümayəndə heyətinə isə ABŞ dövlət katibi Marko Rubio başçılıq edib.
Rusiya XİN-nin məlumatına görə isə, bu gün Ər-Riyadda nazirliyin nümayəndələrinin iştirakı ilə heç bir görüş keçirilməyəcək. Nazirlik əlavə şərh verməyib. Ər-Riyadda başqa görüşün olub-olmadığı da dəqiqləşdirilməyib.
Qeyd edək ki, fevralın 18-də baş tutan görüş Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ilk görüş olub. Aİ və Ukrayna nümayəndələri danışıqlarda iştirak etməyiblər.
Избранный
26
4
yeniavaz.com

10Источники