RU

Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar – CƏDVƏL

2025-ci il fevral ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları təxminən 27,5 milyard manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Ölkə üzrə ümumilikdə orta faiz dərəcəsi 13,19%-ə bərabər olub.

Bunun da  21 milyard manatı Bakı şəhərinin payına düşüb.

Bakıdan sonra ən çox kredit 1 milyard 81,1 milyon manat olmaqla Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb.

Gəncə-Daşkəsən iqtisadi rayonunda isə bu göstərici 816,6 milyon manat təşkil edib. 

Ən az kredit isə 9,5 milyon manatdan bir qədər yüksək olmaqla Şərqi-Zəngəzur iqtisadi rayonunun payına düşüb.

Məlumata görə orta faiz dərəcəsi ən yüksək olan iqtisadi rayonlar Dağlıq-Şirvan (19,25%), Qarabağ iqtisadi rayonu (19,02%), Lənkəran-Astara (18,98%) və  Mil-Muğan (18,92%) iqtisadi rayonları olub.

Ən aşağı orta-faiz dərəcəsi isə Bakı iqtisadi rayonunda (11,85%) qeydə alınıb. Bakıdan sonra ən ucuz kreditlər 14,31% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.

Manatla ən baha kredit verilən iqtisadi rayonlar Dağlıq-Şirvan (19,30%), Şirvan Salyan (19,28%), Qarabağ iqtisadi rayonu (19,06%),  və  Lənkəran (19,01%) iqtisadi rayonları olub.

Ən ucuz kreditlər isə Bakı iqtisadi rayonunda (13,46%) verilib. Bakıdan sonra ən ucuz kreditlər 14,32% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.

Sərbəst dönərli valyutada ən baha kreditlər  Lənkəran-Astara (7,60%), Dağlıq-Şirvan (7,32%) və  Quba-Xaçmaz (6,66%) iqtisadi rayonları olub.

Ən ucuz kreditlər isə Mil-Muğan iqtisadi rayonunda (3,97%) qeydə alınıb.

Daha ətraflı aşağıdakı cədvəldə:

Regionların adı

Cəmi

(min manat)

orta %
 dərəcəsi

Abşeron-Xızı iqtisadi rayonu

520 788

6,29%

Gəncə-Daşkəsən iqtisadi rayonu

235 177

6,15%

Qazax-Tovuz iqtisadi rayonu

110 475

6,02%

Quba-Xaçmaz iqtisadi rayonu

138 748

5,59%

Mərkəzi Aran iqtisadi rayonu

123 797

5,53%

Lənkəran-Astara iqtisadi rayonu

131 786

5,36%

Dağlıq Şirvan iqtisadi rayonu

43 713

5,35%

Qarabağ iqtisadi rayonu

91 826

4,87%

Şəki-Zaqatala iqtisadi rayonu

126 492

4,65%

Azərbaycan Respublikası

14 698 654

4,50%

Bakı iqtisadi rayonu

12 977 758

4,36%

Şirvan-Salyan iqtisadi rayonu

71 004

4,33%

Naxçıvan iqtisadi rayonu

74 278

3,74%

Mil-Muğan iqtisadi rayonu

52 310

3,51%

Şərqi Zəngəzur iqtisadi rayonu

503

2,70%

Избранный
52
1
fed.az

10Источники