RU

Davudoğludan Öcalanın çağırışına MÜNASİBƏT

Türkiyənin Sabiq baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu PKK lideri Abdullah Öcalanın terrorçuları silah yerə qoyma çağırışına münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

Davudoğlu bildirib ki, beynəlxalq sistemin sarsıldığı bir şəraitdə Türkiyənin daxili strukturunun möhkəmlənməsi, terrordan tamamilə təmizlənməsi üçün edilən hər bir çağırış, atılan hər addım müsbətdir:

"Bu çağırışı həyata keçirmək üçün keçmiş təcrübələrdən dərslər çıxarılmalı və konkret, nəticəyönümlü yol xəritəsi irəli sürülməlidir. Bu proses milli iradənin son təzahürü olan Türkiyə Böyük Millət Məclisinin zəminində bütün siyasi partiyaların və ictimai təbəqələrin plüralist töhfəsi ilə həyata keçirilməlidir".

Избранный
175
24
modern.az

10Источники