RU

“İdman həftəsi” çərçivəsində ahıllar üçün yarış - FOTO

Gənclər və İdman Nazirliyi bu gün Bakının Bilgəh qəsəbəsində yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsində velosiped, nərd, boccia idman növləri üzrə yarışlar təşkil edib.

İdman.biz xəbər verir ki, tədbir “İdman həftəsi” çərçivəsində baş tutub.

Peşəkar mütəxəssislər tərəfindən idman növlərinin qaydaları açıqlandıqdan sonra yarışlara start verilib. Yekun nəticələrə əsasən, nərd yarışında Arif Babayev, Rafiq Əliyev, Xanlar Camiyev fərqləniblər. Velosiped idmanı üzrə Zakir Fərəciyev birinci olub. Vyaçeslav Şuyenkov və Valeh Əbilov, müvafiq olaraq, ikinci və üçüncü yerə layiq görülüblər.

Boccia üzrə Maya Abbasova birinci yeri tutub. Raisa Şaqidulina ikinci, Elmira Qarayeva isə üçüncü yerdə qərarlaşıblar.

İdman.biz

Избранный
20
16
idman.biz

10Источники