RU

Polşa XİN: "ABŞ Ukraynaya yardımı dayandırmaq qərarını müttəfiqlərlə məsləhətləşmədən qəbul edib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vaşinqton Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qərarı qəbul edərkən müttəfiqlərlə məsləhətləşməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Pavel Vronski jurnalistlərə açıqlama verib.
"ABŞ-nin (bu qərarı) NATO müttəfiqlərini və Ukraynanı dəstəkləyən "Ramştayn" formatı çərçivəsindəki tərəfdaşları məlumatlandırmadan və onlarla məsləhətləşmədən qəbul edilib", - deyə Vronski brifinq zamanı bildirib.
"Vəziyyət çox ciddidir. Bu, bəlkə də, bayağı səslənəcək, lakin (ABŞ-nin qərarı) böyük siyasi əhəmiyyət daşıyır", - deyə o əlavə edib.
Bundan əlavə, diplomat Vaşinqtonun qərarının martın 4-də Polşa Nazirlər Kabinetinin iclasında müzakirə olunacağını bildirib.
Vronski jurnalistlərin ABŞ-nin bu tədbirinin Avropa müttəfiqləri tərəfindən Kiyev üçün alınan ABŞ silahlarına da aid olub-olmadığı sualına cavab verə bilməyib.
Eyni zamanda, o vurğulayıb ki, Polşa Ukraynanı dəstəkləməyə davam edir.
Избранный
7
50
oxu.az

10Источники