RU

Premyer Liqa: “Kəpəz” yenə “Neftçi”yə uduzmayacaq?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında “Kəpəz” “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək oyunu Cavid Cəlilov idarə edəcək.

“Neftçi” hazırda 27 xalla 6-cı, “Kəpəz” isə 19 xalla 9-cu pillədə qərarlaşıb. Paytaxt təmsilçisi qalib gəlsə də, yerində sayacaq. “Kəpəz” qalib gələcəyi halda isə özündən öndə qərarlaşmış “Sumqayıt”la xallarını bərabərləşdirmiş olacaq.

Bu, sözügedən komandaların 62-ci oyunu olacaq. Əvvəlki 61 oyunda “Kəpəz” 20, “Neftçi” 30 qələbə qazanıb, 11 görüş bərabərliklə yekunlaşıb. Son 4 oyunda hər iki komanda qol vurub. “Kəpəz” son 3 ev matçında uduzmayıb.

Premyer Liqa
25-ci tur

3 mart

“Səbail” – “Şamaxı” 0:2
Qollar: Vasili Bakiç, 41. Andrey Tırkovyanu, 63.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 17:00.

“Sumqayıt” – “Qarabağ” 0:2
Qollar: Kadi Borges, 31. Leandro Andrade, 38.
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

4 mart

“Turan Tovuz” – “Zirə” 0:2
Qollar: Qismət Alıyev, 5-pen. İssa Cibrilla, 56.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 17:30.

“Sabah” – “Araz-Naxçıvan” 2:2
Qollar: Xəyal Əliyev, 7. Sofian Çakla, 64 – Bernardo Dias, 11. Ülvi İsgəndərov, 73.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:30.

5 mart

“Kəpəz” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

Избранный
24
1
arena.az

3Источники