RU

Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı hazırlanacaq

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə 2-ci maddənin 1-ci və 3-cü hissələri aşağıdakı redaksiyada verilir:

“1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.

3. Təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır. Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Bundan başqa, dövlət başçısı müvafiq qanunda dəyişikliklərin təmin edilməsi məqsədi ilə fərman da imzalayıb.

Fərmanla müəyyən edilir ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Nazirlər Kabineti təhlükə potensiallı obyektlərin siyahısını və təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Избранный
19
11
editor.az

10Источники