1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin "Maxar Technologies" aerokosmik şirkəti Ukraynaya öz peyk şəkillərinə çıxış imkanını qaytarıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Militarnıy" portalı servis istifadəçilərinə istinadən məlumat yayıb.
Ukrayna hesablarından "Maxar" şəkillərinə çıxış imkanı martın 7-də ABŞ-nin Kiyevə hərbi yardımının dayandırılmasından sonra kəsilmişdi.
Şirkət Yer səthinin müxtəlif hissələrinin kəşfiyyat məqsədləri üçün istifadə olunan yüksəkkeyfiyyətli fotoşəkillərini təqdim edir. "Maxar" Ukrayna Silahlı Qüvvələri üçün belə şəkillərin əsas təchizatçısı idi.
Martın 11-də Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların nəticəsi olaraq Vaşinqton Kiyevə hərbi yardımın bərpa olunduğunu bəyan edib. Ukrayna isə 30 günlük atəşkəsə razı olduğunu bildirib.