RU

Britaniya Rusiyanın diplomatları deportasiya etməsinə cavab verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniya hökuməti rusiyalı diplomatlardan birinin həyat yoldaşının və rusiyalı diplomatın akkreditasiyasını ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya hökumətinin oxşar qərarına cavab qismində belə bir addım atılıb:
"Rusiya tərəfindən istənilən gələcək addım eskalasiya hesab ediləcək və onlara müvafiq cavab veriləcək".
Xatırladaq ki, Moskva martın 10-da Böyük Britaniyanın Rusiyadakı səfirliyinin ikinci katibi Alkeş Odedranı və diplomatik missiyanın siyasi bölməsinin birinci katibi Tabasum Raşidin həyat yoldaşı Maykl Skinneri akkreditasiyadan məhrum edib.
Избранный
77
1
oxu.az

10Источники