Ciddə danışıqları zamanı Kiyev və Vaşinqton tərəfləri arasında təsdiqlənən 30 günlük atəşkəs təklifinə baxmayaraq, Rusiya Ukraynadakı müharibənin nizamlanması prosesini uzatmaqda davam edir.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Zelenski qeyd edib ki, Ukrayna öz müstəqilliyini qorumaq üçün mübarizəni davam etdirəcək.
O vurğulayıb ki, hazırda ən vacib şey Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinə dəstək olmaqdır.