RU

Niyazi Bayramov növbəti səyyar görüş keçirdi - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Universitetinin tələbə yataqxanasının akt zalında sakinlərlə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov qəbulda iştirak edən vətəndaşları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, hər birinə cansağlığı arzulayıb.  

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardım və digər məsələlər yer alıb.

Bir çox məsələ yerindəcə həllini tapıb, digərləri isə araşdırılması və aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir. 

Избранный
21
1
unikal.az

10Источники