AZ

“Avronest PA öz məqsədlərindən kənara çıxır” –

Avronest Parlament Assambleyası təsis olunmasına dair aktın əsas prinsiplərində biri əməkdaşlığa təkan vermək idi. Lakin biz bu gün Avronest Parlament Assambleyasının öz məqsədlərindən kənara çıxdığını müşahidə edirik. Metbuat.az APA-ya istinadla xəbər verir ki, bu sözləri Avronest Parlament Assambleyasının 11-ci növbədənkənar sessiyasının ikinci işçi iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov deyib. O, qeyd edib ki, Sosial Komitədən təqdim olunmuş hesabata dair səsvermənin nəticələri "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları arasında sülhə, əməkdaşlığa deyil, əksinə düşmənçilik toxumlarını yenidən cücərtməyə xidmət edir. Deputat bildirib ki, bu gün bütün dünya böyük problemlərlə - münaqişələrlə, iqlim dəyişikliklərinin yaratdığı fəsadlarla mübarizə aparır. Azərbaycan bu tarixi anda qlobal enerji təhlükəsizliyinə töhfə verir, yaşıl enerjiyə keçid istiqamətində uğurlu addımlar atır: “Dünya bəlkə də heç vaxt indiki qədər təhlükəli olmayıb. Söhbət, bütün bəşəriyyətə, indiki və gələcək nəsillərə təhdid yaradan mürəkkəb problemlərin zəncirvari əlaqəsindən gedir. Hesabat reallıqları əks etdirmir. Təqdim etdiyimiz təklif və düzəlişlər qəbul edilmədi. Halbuki, bütün təkliflər beynəlxalq hüquqa, BMT, Avropa Şurası və digər nüfuzlu təşkilatların qəbul etdiyi sənədlərə əsaslanır”. Soltan Məmmədov qeyd edib ki, Avronest PA tərəfsiz olmalı və bütün üzvlərinin bərbərhüquqluğunu qəbul etməlidir: “Biz azərbaycanlı qaçqınların məsələsinin sənəddə əksini tapmasını təklif etmişdik. Onları yardım göstərilməsi təklif olunan digər Şərq tərəfdaşlığı ölkələrindəki qaçqınlardan fərqləndirən nədir?”.

Deputat qeyd edib ki, Azərbaycan nümayəndə heyəti sülh kontekstindən kənara çıxan, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə ziddiyyət təşkil edən hesabatın əleyhinə səs verəcək.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3962
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3662
Bu yol qovşağında təmir işləri aparılacaq
3184
Bakıda hoteldə yanğın başlayıb
2741
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1847
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1699
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1557
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1488
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1486
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1291
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1274
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1187
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1179
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
992
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
966
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
953
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
948
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
891
Azərbaycan nefti ucuzlaşıb
885
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
862