AZ

Avronest PA-da Bakıya qarşı sənədlərdə dəyişiklik…

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avronest Parlament Assambleyasının (PA) Enerji Təhülkəsizliyi Komitəsində Avropa Parlamentinin üzvünün hazırladığı məruzə ölkəmizə qarşı qərəzli olduğu üçün nümayəndə heyətimizin etirazı və əsaslandırılmış arqumentləri nəticəsində müzakirədən tamamilə çıxarıldı. Azərbaycanın təklifi ilə növbəti iclas üçün məruzənin mövzusu “Şərq Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli enerji sisteminin çağırışlarının paradiqması” seçildi. Ümumiyyətlə, 4 komitənin ikisində Azərbaycanın mövzu təklifi tamamilə, birində isə birləşdirilərək dəstəkləndi.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib. “Avronestin builki komitə və plenar iclasları Azərbaycan üçün kifayət qədər faydalı oldu. Nümayəndə heyəti Azərbaycan əlehinə olan bütün düzəlişlərin qəbul olunmamasına nail ola bildi. Azərbaycanın təklifi ilə “Dağlıq Qarabağ” kimi keçmişdə qalan termin sənədlərdən çıxarılmaqla yanaşı, həmçinin “Almatı Protokolu” ilə bağlı nümayəndə heyətimizin mövqeyi nəzərə alındı. Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili sosial komitənin sədri seçildi.

Bütövlükdə bu iclas Azərbaycan reallıqlarının bir daha təqdim edilməsi baxımdan çox vacib tədbir oldu. Nümayəndə heyətinin bütün üzvləri fərqli məsələlər ilə bağlı dəfələrlə öz fikirlərini bölüşdülər. İqtisadiyyat, enerji və siyasi komitələrdə bir neçə dəfə çıxışlarım zamanı müxtəlif vacib məsələlərlə bağlı mövqeyimizi təqdim etdim. Çıxışlarım zamanı Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları, nəqliyyat sahəsində əməkdaşlıq, Azərbaycanın Ukrayna və AB-nin enerji təhlükəsizliyinin güclənməsində rolu, yaşıl enerjiyə keçid və digər məsələlərə toxundum. Bütövlükdə, 3 komitədə müzakirələr zamanı 7 dəfə məsələlərə münasibət bildirim”, - o bildirib.

Seçilən
149
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3384
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3294
Bu yol qovşağında təmir işləri aparılacaq
2774
Bakıda hoteldə yanğın başlayıb
2372
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1427
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1423
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1392
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1263
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1093
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1078
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
898
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
873
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
855
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
810
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
770
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
760
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
760
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
730
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
726
Sabah 5 kəndin qazı kəsiləcək
709