AZ

"Avronest PA öz məqsədlərindən kənara çıxır" -  Soltan Məmmədov

"Avronest Parlament Assambleyası təsis olunmasına dair aktın əsas prinsiplərində biri əməkdaşlığa təkan vermək idi. Lakin biz bu gün Avronest Parlament Assambleyasının öz məqsədlərindən kənara çıxdığını müşahidə edirik".

525.az xəbər verir ki, bu sözləri Avronest Parlament Assambleyasının 11-ci növbədənkənar sessiyasının ikinci işçi iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov deyib.

O, qeyd edib ki, Sosial Komitədən təqdim olunmuş hesabata dair səsvermənin nəticələri "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları arasında sülhə, əməkdaşlığa deyil, əksinə düşmənçilik toxumlarını yenidən cücərtməyə xidmət edir.

Deputat bildirib ki, bu gün bütün dünya böyük problemlərlə - münaqişələrlə, iqlim dəyişikliklərinin yaratdığı fəsadlarla mübarizə aparır. Azərbaycan bu tarixi anda qlobal enerji təhlükəsizliyinə töhfə verir, yaşıl enerjiyə keçid istiqamətində uğurlu addımlar atır: “Dünya bəlkə də heç vaxt indiki qədər təhlükəli olmayıb. Söhbət, bütün bəşəriyyətə, indiki və gələcək nəsillərə təhdid yaradan mürəkkəb problemlərin zəncirvari əlaqəsindən gedir. Hesabat reallıqları əks etdirmir. Təqdim etdiyimiz təklif və düzəlişlər qəbul edilmədi. Halbuki, bütün təkliflər beynəlxalq hüquqa, BMT, Avropa Şurası və digər nüfuzlu təşkilatların qəbul etdiyi sənədlərə əsaslanır”.

Soltan Məmmədov qeyd edib ki, Avronest PA tərəfsiz olmalı və bütün üzvlərinin bərbərhüquqluğunu qəbul etməlidir: “Biz azərbaycanlı qaçqınların məsələsinin sənəddə əksini tapmasını təklif etmişdik. Onları yardım göstərilməsi təklif olunan digər Şərq tərəfdaşlığı ölkələrindəki qaçqınlardan fərqləndirən nədir?”.

Deputat qeyd edib ki, Azərbaycan nümayəndə heyəti sülh kontekstindən kənara çıxan, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə ziddiyyət təşkil edən hesabatın əleyhinə səs verəcək.























Bizi Facebookda izləyin

Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18446
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17764
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16988
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
15935
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15503
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14622
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13703
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13363
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10990
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10897
"Zaur, yenə çaşdın..." - VİDEO
8541
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7541
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6750
Minimum əmək haqqı nə qədər arta bilər?
6747
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6352
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5668
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5468
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5380
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5015