AZ

İşğaldan azad edilmiş ərazilərdə elektromobillər üçün infrastruktur yaradıla bilər

Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 6-cı iclası keçirilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, İşçi Qrupun sədri, nazir Pərviz Şahbazov Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" həllərinin tətbiqi istiqamətində görülən işlərə, digər qabaqcıl texnologiyalarla yanaşı bu ərazilərdə elektromobillər üçün əlverişli infrastrukturun yaradılması zərurətinə diqqət çəkib. O, ölkəmizdə "yaşıl enerji" zonalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlərin cari ildə COP29 beynəlxalq konfransının Azərbaycanda təşkili kontekstində qlobal əhəmiyyətini bir daha vurğulayıb.Sonra iclasın gündəliyinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlərlə bağlı müzakirələr aparılıb. İşçi Qrupun 5-ci iclasında qəbul edilmiş qərarların icrasına dair İşçi Qrupun Katibliyinin hesabatı dinlənilib. İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərin nəticəsinə dair hesabat təqdim edilib.Həmçinin yaşıl enerji zonasında tətbiq edilən müvafiq komponentlərin resurs bazasında əks etdirilməsi ilə bağlı görülmüş işlər, işğaldan azad edilmiş ərazilərdə mənzil inşaatı, yaşayış binalarının tikintisi sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, gündəlikdən irəli gələn digər cari məsələlərlə bağlı yerinə yetirilmiş və icrası nəzərdə tutulan işlər müzakirə edilib.İclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalar Birliyinin, “Azəristiliktəchizat” ASC-nin, Mənzil İnşaatı Dövlət Agentliyinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndələri iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17932
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14758
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9899
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8317
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7386
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7159
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7112
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7031
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6944
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6666
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5694
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5413
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5195
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5073
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4834
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4228
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3982
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3345
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3273