AZ

“Bayer” çempionluğu rəsmiləşdirdi

Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub.



Komanda.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.



“Darmştadt” evdə “Frayburq”a uduzub. Lider “Bayer” isə “Verder”i qəbul edib və darmadağınla qalib gələrək mövsümün sonuna 5 tur qalmış çempionluğu rəsmiləşdirib.



Bu, “Bayer”in tarixində ilk Almaniya çempionluğudur. Bundesliqada son 11 mövsümün qalibi “Bayern”dir.



Hazırda 79 xalı olan “Bayer”i 63 xalla “Bayern” və “Ştutqart” izləyirlər. “Leypsiq” və Dortmund “Borussiya”sı 56, “Ayntraxt” 42 xal toplayıb.



Almaniya Bundesliqası29-cu tur12 aprel



Auqsburq – Union Berlin 2:0Qollar: Tiets, 47. Miçel, 81.



13 aprel



Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 1:2Qollar: Vöber, 36 – Zabitser, 22; 28-pen.



Bayern – Köln 2:0Qollar: R.Gerrero, 65. Müller, 90+3.



Boxum – Haydenhaym 1:1Qollar: Şlotterbek, 90 – Şlotterbek, 81-öz qapısına.



Maynts – Hoffenhaym 4:1Qol: Burkardt, 47; 41. Qruda, 63. Onisivo, 88 – Kaderabek, 19.



Leypsiq – Volfsburq 3:0Qollar: Olmo, 13. Şeşko, 68. Openda, 82.



Ştutqart – Ayntraxt 3:0Qollar: Girassi, 11. Undav, 17. Levelinq, 37.



14 aprel



Darmştadt – Frayburq 0:1Qol: Doan, 36.



Bayer – Verder 5:0Qollar: Bonifase, 25-pen. Caka, 60. Virts, 68; 83; 90.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAlmaniya Bundesliqası

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
47
Mənbələr
Şərh ()
Bağla