AZ

“Bayer” Bundesliqada yeni rekord müəyyənləşdirdi

Bundesliqanın 29-cu turunda Leverkuzendə “Verder”ə qarşı oyun (5:0) “Bayer” üçün bir çox məqamlarda əlamətdar olub.

Arena.az məlumat verir ki, ən əsas məqam bu darmadağın nəticəsində klubun tarixində ilk dəfə Almaniya Bundesliqasının çempionluğunu qazanması olub.

Həmçinin sözügedən komanda Bundesliqada məğlubiyyətsizlik silsiləsinin rekordunu müəyyən edib. Artıq 29 oyundur ki, “əczaçılar” Bundesliqada məğlubiyyətin nə olduğunu bilmirlər. Xabi Alonsonun çalışdırdığı kollektiv sonuncu dəfə Bundesliqa çərçivəsində ötən mövsümün 34-cü turunda, 2023-cü ilin may ayının 27-də “Boxum”a 0:4 hesabı ilə məğlub olub.

Beləliklə “Bayer” cari Bundesliqa mövsümünün sonuna 5 tur qalmış çempionluğunu təmin edib. Xabi Alonsonun yetirmələri 79 xalla yarış cədvəlinin liderləridir. “Əczaçılar” ən yaxın təqibçisi, Almaniya nəhəngi “Bayern”i (63 xal) 16 xal qabaqlayırlar.

Əlavə edək ki, hazırda Leverkuzen klubunun bütün yarışlarda məğlubiyyətsizlik silsiləsi 43 oyuna bərabərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
47
Mənbələr
Şərh ()
Bağla