AZ

Bundesliqa: “Bayer” Dortmundda 1 xalı 90+7-ci dəqiqədə xilas etdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Verder” – “Ştutqart” matçında meydan sahibləri qələbə qazanıblar. Bununla da UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan və uzun müddətdir uduzmayan “Ştutqart”ın uğurlu seriyasına son qoyulub.

“Frayburq” – “Maynts” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Cari mövsümdə məğlubiyyət tanımayan, artıq tarixindəki ilk çempionluğu da təmin etmiş “Bayer” isə səfərdə “Borussiya” (Dortmund) ilə qarşılaşıb. Leverkuzen təmsilçisi məğlub durumda olduğu bu qarşılaşmada da heç-heçəyə nail olub və seriyasını davam etdirib.

Beləliklə, 30 turdan sonra 80 xalı olan “Bayer” vahid liderdir. “Bayern” 66 xalla 2-ci, “Ştutqart” 63 xalla 3-cü pillədə qərarlaşıb. “Leypsiq”in 59, “Borussiya”nın 57, “Ayntraxt”ın 45, “Frayburq”un 40 xalı var.

Almaniya, Bundesliqa
30-cu tur
19 aprel

Ayntraxt – Auqsburq 3:1
Qollar: Şaibi, 55. Ekitike, 61. Marmuş, 90+5 – Varqas, 13.

20 aprel

Köln – Darmştadt 0:2
Qollar: Klarer, 57. Vilhelmsson, 90.

Haydenhaym – Leypsiq 1:2
Qollar: Dovedan, 69 – Şeşko, 42. Openda, 85.

Hoffenhaym – Borussiya (Mönhenqladbax) 4:3
Qollar: Veqorst, 36. Promel, 58. O.Kabak, 66. Stax, 90+1 – Hak, 39; 78; 89.

Volfsburq – Boxum 1:0
Qol: Vind, 43.

Union Berlin – Bayern 1:5
Qollar: Vertessen, 90+1 – Qoretska, 2. Keyn, 45+1. Müller, 53; 66. Tel, 62.

21 aprel

Verder – Ştutqart 2:1
Qollar: Dukş, 28-pen; 49 – Undav, 71.

Borussiya (Dortmund) – Bayer 1:1
Qollar: Fullkruq, 81 – Stanişiç, 90+7.

Frayburq – Maynts 1:1
Qollar: Qreqoriç, 6 – Burkardt, 40.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
47
Mənbələr
Şərh ()
Bağla