Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turunun oyunlarına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
22-ci tura fevralın 9-da keçiriləcək iki oyunla start veriləcək. “Şamaxı” – “Sumqayıt” matçını Rəvan Həmzəzadə idarə edəcək. “Sabah” – “Turan Tovuz” görüşündə isə İnqilab Məmmədov söz sahibi olacaq.
Fevralın 10-da baş tutacaq “Araz-Naxçıvan” – “Kəpəz” matçı Kamal Umudluya, “Zirə” – “Neftçi” qarşılaşması Əliyar Ağayevə tapşırılıb.
“Qarabağ” – “Səbail” matçının baş hakimi isə Elçin Məsiyev olacaq.
Premyer Liqa
22-ci tur
9 fevral
“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
“Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultanı.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Masazır Arena”, 17:00.
10 fevral
“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Mərdəkan. “Dalğa Arena”, 16:00.
“Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
11 fevral
“Qarabağ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.