Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Araz-Naxçıvan” “Kəpəz”lə üz-üzə gələcək. Mərdəkanda keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək. Ötən turda xal itirmiş “Araz-Naxçıvan” ikinci pillədəki mövqeyini qorumaq üçün bu turda autsayder üzərində qələbəyə sevinməyə çalışacaq. Bundan öncə “Sabah”ı məğlub etmiş “Kəpəz” isə növbəti sürprizə imza atmaq arzusundadır.
“Araz-Naxçıvan”la “Kəpəz” bunadək 10 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə heç vaxt heç-heçə qeydə alınmayıb. 4 oyunda naxçıvanlılar, 6 görüşdə isə gəncəlilər qalib gəliblər. “Araz-Naxçıvan” son 4 oyunda qol vurub. “Kəpəz” son iki matçda quru hesabla uduzub.
Günün digər oyunu “Zirə” ilə “Neftçi” arasında baş tutacaq. Zirədə keçiriləcək oyunu Əliyar Ağayev idarə edəcək.
Bu, “Zirə” ilə “Neftçi”nin çempionatda 37-ci görüşü olacaq. Əvvəlki 36 oyunda “qartallar” 14, “ağ-qaralar” 13 qələbə qazanıblar, 9 görüş isə bərabərliklə yekunlaşıb. “Zirə” son 3 görüşdə bu rəqibinə qol vurub. Son 5 qarşılaşmada meydan sahibi olan tərəf qalib gəlib.
Premyer Liqa
22-ci tur
9 fevral
“Şamaxı” – “Sumqayıt” 1:0
Qol: Brahim Konate, 60.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
“Sabah” – “Turan Tovuz” 2:1
Qollar: Pavol Şafranko, 50-pen. Jesse Sekidika, 59 – Aleks Souza, 15.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultanı.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Masazır Arena”, 17:00.
10 fevral
“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Mərdəkan. “Dalğa Arena”, 16:00.
“Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
11 fevral
“Qarabağ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.