AZ

Azərbaycan Basketbol Liqası: B qrupunda üçhakimiyyətlilik

Bu gün keçirilmiş son iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 14-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, günün hər iki matçı B qrupu çərçivəsində baş tutub.

“Lənkəran” doğma meydanda “Ordu” ilə üz-üzə gəlib. Gərgin mübarizədə keçən görüşdə qonaqlar minimal fərqlə qalib gəliblər.

“Gəncə” isə “Şəki”ni qəbul edib. Meydan sahibləri qarşılaşmadan qələbə ilə ayrılıblar. Bununla da qrupda üçhakimiyyətlilik yaranıb. “Gəncə”, “Şəki” və “Ordu” hərəyə 24 xal toplayıblar.

14-cü turun daha əvvəl keçirilən matçlarında “Sabah” NTD-ni 96:85, “Neftçi” “Sərhədçi”ni 82:67, “Naxçıvan” “Abşeron”u 76:70, “Quba” “Sumqayıt”ı 90:80 hesabı ilə məğlub edib.

Azərbaycan Basketbol Liqası
B qrupu, 14-cü tur
8 fevral

“Lənkəran” – “Ordu” 97:98 (24:25, 27:25, 22:30, 24:18)
Lənkəran İdman Mərkəzi.

“Gəncə” – “Şəki” 91:77 (24:17, 21:15, 19:23, 27:22)
Gəncə İdman Sarayı.

Xallar: Şəki – 24. Ordu – 24. Gəncə – 24. Sumqayıt – 19. Quba – 18. Lənkəran – 17.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
59
8
arena.az

10Mənbələr