AZ

Basketbol: “Sabah” NTD üzərində qələbə ilə yenidən zirvədə

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 14-cü turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, dördüncü oyun günündə də bir qarşılaşma baş tutub.

Yeganə qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçirilib. A qrupunun görüşündə son çempion “Sabah” autsayder NTD ilə üz-üzə gəlib və növbəti qələbə sayəsində zirvəyə yüksəlib.

14-cü turun daha əvvəl keçirilmiş matçlarında “Neftçi” “Sərhədçi”ni 82:67, “Naxçıvan” “Abşeron”u 76:70, “Quba” “Sumqayıt”ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 14-cü tur
7 fevral

“Sabah” – NTD 96:85 (24:16, 29:20, 23:20, 18:29)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 25. Naxçıvan – 24. Abşeron – 20. Neftçi – 20. Sərhədçi – 19. NTD – 18.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
57
8
arena.az

10Mənbələr