AZ

Basketbol: “Neftçi” “Sərhədçi”yə qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 14-cü turunun növbəti qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.

Yeganə qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçirilib. A qrupunun görüşündə “Neftçi” “Sərhədçi” ilə qarşılaşıb. Oyuna rəqib komanda daha yaxşı başlasa da, “neftçilər” 2-ci dövrədə vəziyyəti öz xeyirlərinə dəyişə biliblər. Bundan sonra inamlı təsir bağışlayan “Neftçi” qələbə sayəsində 3-cü pilləyə yüksəlib.

14-cü turun daha əvvəl keçirilən matçlarında “Naxçıvan” “Abşeron”u 76:70, “Quba” “Sumqayıt”ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 7-8-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 14-cü tur
6 fevral

“Neftçi” – “Sərhədçi” 82:67 (14:17, 22:11, 22:22, 24:17)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Naxçıvan 24. Sabah – 23. Neftçi – 20. Abşeron – 20. Sərhədçi – 19. NTD – 17.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
113
16
arena.az

10Mənbələr