AZ

Vətən Müharibəsi Qəhrəmanının doğum günündə xatirəsi yad edildi - Vətən Naminə

">

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruz Mirzəzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev,  şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun kapitanı olmuş “Vətən Müharibəsi Qəhrəmanı”, şəhidMahmudov Cavid Hilal oğlu 6 fevral 1989-cu ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil almışdır. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almış və2010-cu ildən başlayaraq Silahlı Qüvvələrin “N” saylı hərbi hissələrində hərbi xidmət  etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiqsərəncamlarına əsasən şəhid kapitan Mahmudov Cavid Hilaloğlu ölümündən sonra Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi – “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,“Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
6
12
vetennamine.az

10Mənbələr