AZ

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə bağlı silsilə tədbirlər keçirildi - Vətən Naminə

">

Keçirilən tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və partiya üzvləri,  Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və kollektivi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Rafail Xəlilov və kollektivi, Gömrük Komitəsininin Biləsuvar rayon şöbəsinin rəisi və kollektivi, Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev və filialın üzvləri olan müharibə təbəqəsi, digər idarə, müəssisə, təşkilatların kollektivləri iştirak etdilər.

   Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Qeyd olunub ki, Mübariz İbrahimov  Azərbaycan xalqının qüruru, fəxri olduğunu, öz igidliyi və vətənpərvərliyi ilə gənclərimizə göstərmişdir. Mübarizin qəhrəmanlıq səlnaməsinin hər zaman dillər əzbəri olacağını vurğulamışlar və onun qəhrəmanlığının  gənclərə vətənpərvər hissi aşıladığını bildirmişlər. Mübarizİbrahimov torpaqlarımızın müdaаiəsi zamanı göstərdiyi şücaətlə Azərbaycan əsgərinin hansı qəhrəmanlıqlara qadir olduğunu bütün dünyaya sübut etdi və qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. Hər bir Azərbaycanlının da  onun mübarizə dolu həyatı ilə fəxr edildiyi bildirildi.

    Tədbirlər Milli Qəhrəmanimiz Mübariz İbrahimova həsr olunmuş mədəniyyət işçilərinin hazırladığı rəsm sərgiləri və bədii hissə ilə yekunlaşmışdır.

    Allah Şəhidlərimizə rəhmət etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
2
9
vetennamine.az

10Mənbələr