Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin üzvü Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidin ailə üzvləri, qəsəbə sakinləri və İctimai birliyin üzvləri iştirak etmişdir.
Şəfizadə Saleh 23 May 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şəfizadə Saleh 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. 08.11.2020-ci ildə döyüş zamanı ağır yaralanmış, 3 ay komada qaldıqdan sonra 08.02.2021-ci ildə şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta