AZ

"Qarabağ" minimal hesabla qalib gəldi

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"ə qalib gəlib.

 

Sfera.az xəbər verir ki, “ASCO Arena”da baş tutan matçda Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv minimal hesablı qələbəyə sevinib.

 

Yeganə qolu 35-ci dəqiqədə Yassin Benzia meydan sahiblərinin qapısından keçirib.

 

Tərəflər arasında cavab qarşılaşması fevralın 27-də reallaşacaq.

 

Qeyd edək ki, bu raundun əvvəlki görüşlərində "Neftçi" səfərdə "Kəpəz"i 2:0, "Araz-Naxçıvan" isə "Zirə"ni doğma meydanda 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.

Seçilən
108
29
sfera.az

10Mənbələr