AZ

Muğla Dalaman hava limanında sərnişindaşıma 1 milyon nəfərə çatır

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Türkiyənin Muğla Dalaman HavaLimanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü iləmüqayisədə 6 faiz artaraq, 82 min 92 nəfər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilinanaloji dövrü ilə müqayisədə 6 faiz artaraq, 73 min 556 nəfər,beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 8 min 536 nəfər təşkiledib.

2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cüilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 634 ton təşkil edib.Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanının daxilireyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6faiz artaraq, 566 ton, beynəlxalq reyslər üzrə yük daşınması isəeyni dövrlə müqayisədə 13 faiz azalaraq, 68 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayındahəyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı iləmüqayisədə 50 faiz artaraq, min 883 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 51 faiz artaraq, min792, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 91 olub.

2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə365 min 389 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə:
Seçilən
0
27
az.trend.az

10Mənbələr