AZ

İlon Mask 97,4 milyard dollara OpenAI almağı təklif edir

İlon Maskın rəhbərlik etdiyi investorlar konsorsiumu OpenAI-a nəzarət edən qeyri-kommersiya təşkilatını 97,4 milyard dollara almaq təklifi ilə çıxış edib.   Manset.az xəbər verir ki, bu barədə The Wall Street jurnalı məlumat yayıb.   OpenAI-nin baş direktoru Sem Altman Maskın təklifinə sosial media hesabında cavab verib. "Xeyr, sağ olun, amma istəyirsinizsə, biz Twitter-i 9,74 milyard dollara almağa hazırıq."

Bildirilib ki, Maskın təklifi Altmanın investisiyaları artırmaq və OpenAI-ni inkişaf etdirmək planlarını çətinləşdirə bilər. Hazırda şirkət 40 milyard dollardan çox kapital toplamaq üçün danışıqlar aparır və süni intellekt, infrastruktur yaratmaq üçün 500 milyard dollarlıq layihə həyata keçirməyi planlaşdırır.

Seçilən
1
9
manset.az

10Mənbələr