AZ

"Haber Global"da Türkiyənin cənubunda aşkar edilən 1 500 kilometrlik çat müzakirə edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Haber Global" televiziya kanalında Türkiyənin cənub-şərqindən İran sərhədinə qədər uzanan 1 500 kilometrlik çatın aşkar edilməsi müzakirə edilib.
Oxu.Az xəbər verir ki, verilişin qonağı olan Türkiyənin Kocaeli Universitetinin müəllimi Şerif Barış Türkiyənin cənubunda baş verən bu geoloji proseslərin bölgənin seysmik aktivliyinə təsirini təhlil edib.
"Bu tektonik hərəkətlilik ciddi zəlzələ anonsunu vermir. Aşkar edilən çat yerin dərinliklərində daim hərəkətdə olan və milyonlarla il davam edən geoloji prosesdir", - deyə Şerif Barış vurğulayıb.
Xatırladaq ki, Almaniyanın Göttingen Universitetindən olan beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan araşdırma Zaqros dağlarının altında tektonik çatın olduğunu aşkara çıxarıb.
Araşdırmada Türkiyənin cənubunda baş verən bu geoloji hərəkətlərin bölgəyə ciddi təsir göstərə biləcəyi qeyd edilib.
{}
Seçilən
28
50
oxu.az

10Mənbələr