AZ

Azərbaycan Qran-prisinin sessiyalarının başlama saatları

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" üzrə dünya çempionatının bu ilin təqviminə daxil olan Qran-Prilərin sessiyalarının başlama saatlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, təqvimdə 17-ci olan Azərbaycan Qran-prisi sentyabrın 19-dan 21-nə qədər baş tutacaq və cümə günü iki məşq sessiyasından, şənbə günü məşq sessiyası və sıralanma turunda, nəhayət, bazar günü əsas yarışdan ibarət olacaq.

FIA-nın dərs etdiyi cədvələ əsasən, cümə günü ilk sessiya Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Nahardan sonra, yəni saat 16:00-da isə ikinci məşqlər baş tutacaq.

Şənbə günü də sessiyalar eyni zamanda başlayacaq - nahardan əvvəl son məşqlər (12:30), nahardan sonra isə sıralanma turu (16:00) keçiriləcək.

Həftəsonunun bütün avtoidman həvəskarları tərəfindən səbirsizliklə gözlənilən son sessiyası isə bazar günü saat 15:00-da start alacaq.

Sessiya Saat (Bakı vaxtı ilə)
1-ci məşqlər 12:30 - 13:30
2-ci məşqlər 16:00 - 17:00
3-cü məşqlər 12:30 - 13:30
Sıralanma turu 16:00 - 17:00
Yarış 15:00 - 17:00
Seçilən
28
1
sportinfo.az

10Mənbələr