AZ

"Red Bull" pilotu "Formula1" üzrə ekorda imza atıb

"Red Bull" komandasını təmsil edən holland pilot Maks Verstappen "Formula 1" tarixində birinci yerdə olan günlərin sayına görə mütləq rekordu qırıb.

Demokrat.az
xəbər verir ki, dünən pilotun ümumi sıralamada lider olmasının 1000-ci günü tamam olub. Verstappen  2022-ci il mayın 22-də Barselona Qran Prisində Ferrari komandasının pilotu Çarlz Leklerki üstələyib və o vaxtdan turnir cədvəlinin zirvəsində qalır.

Seriyanın müddətinə görə ikinci və üçüncü yerləri yeddiqat Formula 1 çempionu Mixael Şumaxer tutur. Hollandiyalı həm də bir mövsümdə ən çox qalibiyyət və Formula 1 Qran Prisində ardıcıl ən çox qalibiyyət rekorduna sahibdir.


Əfsanə Kamal
Demokrat.az

Seçilən
57
2
demokrat.az

10Mənbələr