AZ

"Red Bull" pilotu "Formula-1"in mütləq rekordunu qırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Red Bull" komandasını təmsil edən niderlandlı pilot Maks Ferstappen "Formula-1" tarixində birinci yerdə qaldığı günlərin sayına görə mütləq rekord qırıb.
Oxu.Az-ın məlumatına görə, 14 fevral pilotun ümumi hesabda liderlik etdiyi mininci gün olub.
Ferstappen 22 may 2022-ci ildə Barselona Qran-prisində "Ferrari"dən Şarl Leklerlə birinci yer uğrunda mübarizədə qalib gəlib və o vaxtdan bəri reytinqin zirvəsini tərk etməyib.
Bu reytinqdə ikinci və üçüncü yerləri "Formula-1"in yeddiqat çempionu Mixael Şumaxer tutur. O, 2000-2003-cü illərdə 896 gün və 2003-2005-ci illərdə 630 gün birinci yerdə qalıb.
Seçilən
35
50
oxu.az

10Mənbələr